Makron: Avropa zərbə aldı!

10 Mart 2026 13:37 (UTC+04:00)

Fransa Prezidenti Emmanuel Makron və Yunanıstan Baş naziri Kiriakos Mitsotakis, ABŞ və İsrailin hücumları, həmçinin ərazisindəki Britaniya bazasına görə İranın cavab zərbələrinin hədəfinə çevrilən Cənubi Kiprə (Kipr Respublikası) səfər ediblər.

​Hər iki lider Cənubi Kipr lideri Nikos Xristodulidis ilə görüşüb. Makron çıxışında bu mühüm fikri səsləndirib: “Kipr hücuma məruz qalırsa, bu, Avropanın hücuma məruz qalması deməkdir”.

​Yunanıstan Baş naziri Mitsotakis isə Avropadan "adaya daha çox hərbi dəniz qüvvələri göndərərək əməliyyatı genişləndirməyi" tələb edib. Mitsotakis, "Hazırda çox azımız bu prosesə daxilik, lakin Avropa həmrəyliyini daha konkret şəkildə nümayiş etdirməliyik", — deyə bildirib.

Mövsüm,

AzNews.az