Azərbaycandan İrana göndərilən humanitar yardım dövlət sərhəd buraxılış məntəqəsindən keçib

10 Mart 2026 13:52 (UTC+04:00)

Azərbaycandan İrana göndərilən humanitar yardım "Astara" dövlət sərhədindən buraxılış məntəqəsindən keçib.

Aznews.az xəbər verir ki, humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

Qeyd edək ki, humanitar yardım Azərbaycan Prezidenti İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında martın 8-də baş tutmuş telefon danışığından sonra qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə təşkil olunub.

AzNews.az