Təxliyə olunan: "Proses yüksək səviyyədə həyata keçirildi"

10 Mart 2026 14:17 (UTC+04:00)

Bu gün Omanın paytaxtı Maskatdan Bakıya təxliyə reysi ilə gətirilmiş Azərbaycan vətəndaşları jurnalistlərə açıqlamasında aidiyyəti dövlət qurumlarına minnətdarlıq ediblər.

Aznews.az xəbər verir ki, təxliyə edilənlərdən biri Xəqani Süleymanov bildirib: "Dubayda (Birləşmiş Ərəb Əmirlikləri - BƏƏ) 10 gün ərzində əla şəraitlə təmin olunduq və təxliyə prosesi yüksək səviyyədə həyata keçirildi. Başda Prezident İlham Əliyev olmaqla qayğımıza qalanlara təşəkkür edirəm. Allah dövlətimizi, millətimizi, canımızdan çox sevdiyimiz vətənimizi qorusun".

Təxliyə olunan digər vətəndaş Elnarə Tağıyeva isə deyib ki, o, BƏƏ-nin Əbu-Dabi şəhərində olub: "Bu təxliyənin həyata keçirilməsinə görə ilk növbədə dövlət başçısına, eyni zamanda, BƏƏ-dəki səfirliyimizə, Dubaydakı konsulluğumuza, AZAL-a ("Azərbaycan Hava Yolları" QSC) və bu prosesdə əməyi olan hər kəsə minnətdarıq. Təxliyə prosesinin yüksək səviyyədə və çox yaxşı təşkil olunub. Arzumuz odur ki, hər zaman birlik olsun və belə məsələlər gələcəkdə də bu cür operativ şəkildə təşkil edilsin".