Premyer Liqada cari mövsümün ən böyükhesablı qələbəsi qeydə alınıb

10 Mart 2026 14:46 (UTC+04:00)

Misli Premyer Liqasında 2025/2026 mövsümünün ən böyükhesablı qələbəsi qeydə alınıb.

Aznews.az xəbər verir ki, bu, XXIII tura təsadüf edib.

"Qarabağ" "Araz-Naxçıvan"ın qapısından 6 cavabsız top keçirib. Cari mövsümdə ilk dəfə bir komanda 6 top fərqi ilə qalib gəlib. Ağdam klubu həm də mövsümdə bir oyunda 6 qol vuran ilk komanda olub.

Bunadək mövsümün rekordu 5:0-a bərabər idi. 2025-ci il avqustun 30-da "Zirə" evdə "Kəpəz"ə, sentyabrın 21-də "Qarabağ" səfərdə "Araz-Naxçıvan"a 5 cavabsız qol vurub.