Niderlandın Tehrandakı səfirliyi müvəqqəti olaraq Azərbaycandan fəaliyyət göstərəcək.
Aznews.az xəbər verir ki, bu barədə Niderlandın İrandakı diplomatik missiyasının rəhbəri Emil De Bont (Emiel de Bont) "Astara" sərhəd buraxılış məntəqəsindən Azərbaycan-İran sərhədini keçdikdən sonra jurnalistlərə açıqlamasında bildirib.
"Təəssüf ki, vəziyyətə görə biz təhlükəsizlik üçün səfirliyimizi bura köçürərək Tehrandakı fəaliyyətimizi müvəqqəti olaraq dayandırmaq qərarına gəldik. Vəziyyət daha sakit olduqda tezliklə Tehrana qayıdacağımıza ümid edirik", - diplomat deyib.