Rəşad İsmayılov Dünya Bankının Azərbaycan ofisinin rəhbəri ilə əməkdaşlığı müzakirə edib

10 Mart 2026 15:16 (UTC+04:00)

Dünya Bankının Azərbaycan ofisinin rəhbəri Stefanie Stallmeisterin rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılovla görüşüb.

Aznews.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər müzakirə olunub.