Petro Piskitelli: "Azərbaycan dünya miqyasında ən önəmli güləş məktəblərindən biridir"

10 Mart 2026 15:45 (UTC+04:00)

Azərbaycan dünyanın ən önəmli güləş məktəblərindən biridir.

Aznews.az xəbər verir ki, Bunu İtaliyanın sərbəst güləş yığmasının baş məşqçisi Petro Piskitelli deyib.

"Azərbaycan dünya miqyasında ən önəmli güləş məktəblərindən biridir. Mən Bakıda çoxsaylı təlim düşərgələrində və yarışlarda olmuşam. Azərbaycan Güləş Federasiyası ilə yaxşı münasibətlərim var. Orada yaxşı insanlar, etibarlı yoldaşlar və dostlar var", - deyə mütəxəssis vurğulayıb.

O, yarışla bağlı fikirlərini bölüşüb:

"Hazırkı vəziyyət çox yaxşıdır - yaxşı yemək, yaxşı yuxu. Ümid edirəm ki, həm bizim, həm də bütün iştirakçılar üçün uğurlu bir çempionat olacaq".