Kilauea vulkanı püskürüb

11 Mart 2026 11:10 (UTC+04:00)

Havay adalarında Kilauea vulkanı püskürüb.

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

"Halemauau kraterindəki lava fəvvarələri yerli vaxtla səhər saat 9:17-də püskürməyə başlayıb və hələ də püskürməkdədir. Havay Vulkanları Milli Parkının müşahidə platformalarının yaxınlığında futbol topu ölçüsündə kül hissəcikləri qeydə alınıb", - deyə açıqlamada bildirilir.

Cənub və şimal kraterlərindən püskürən lava fəvvarələrinin hündürlüyünün 400 m-ə çatdığı dəqiqləşdirilib.

Mövsüm,

AzNews.az