QHT Agentliyi qrant nəticələrini bu tarixdə elan edəcək - RƏSMİ AÇIQLAMA

11 Mart 2026 12:43 (UTC+04:00)

QHT Agentliyinin özünün, o cümlədən Agentliyin bp və Qarabağ Dirçəliş Fondu ilə birlikdə elan edilmiş müsabiqələrin nəticələri sabah elan olunacaq.

Aznews.az xəbər verir ki, bu məlumatı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva açıqlayıb.