İranın yeni dini lideri elan edilən Müctəba Xameneinin İngiltərənin paytaxtı Londonda görkəmli bir yerdə daşınmaz əmlaka sahib olduğu ortaya çıxıb.
Britaniya mətbuatında yer alan xəbərlərə görə, Müctəba Xameneinin Qərbi Londonda İsrail səfirliyinə baxan iki lüks evi var.
Bloomberg-in Xameneinin aktivləri ilə bağlı apardığı araşdırmada açıqlanan məlumatlar göstərir ki, lüks Kensington ərazisində yerləşən evlər eyni binanın müxtəlif mərtəbələrində yerləşir. İsrail səfirliyi ilə eyni küçədə yerləşən mənzillərin səfirliyi izləmək üçün istifadə edildiyi iddia edilir. İddia edilir ki, iki mənzil Əli Ənsari adlı bir şəxs vasitəsilə alınıb və təxminən 40 milyon dollar dəyərindədir.
Mövsüm,
AzNews.az