Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç olub, açarlar təqdim edilib - FOTO

11 Mart 2026 13:53 (UTC+04:00)

Bu gün Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə köçürülən ailələrə evlərinin açarları təqdim olunub.

Aznews.az xəbər verir ki, qəsəbəyə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə məlumat verilib. Sakinlərə naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə 20 ailə olmaqla 81 nəfər köçürülüb. Bu ailələr indiyədək respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.