Moldova MDB-nin əsas müqavilələrindən çıxır

11 Mart 2026 13:56 (UTC+04:00)

Moldova hökuməti Müstəqil Dövlətlər Birliyinin (MDB) əsas müqavilələrinin denonsasiya edilməsini təsdiqləyib.

Qərar Nazirlər Kabinetinin iclasında qəbul olunub və iclas hökumətin rəsmi saytında canlı yayımlanıb.

Təqdim olunan sənədlərə əsasən, respublika birliyin yaradılmasının əsasını təşkil edən mühüm razılaşmalardan çıxmağı planlaşdırır.

Söhbət 8 dekabr 1991-ci ildə Minskdə imzalanmış Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Sazişdən, eləcə də 21 dekabr 1991-ci ildə bağlanmış həmin sazişə dair protokoldan gedir.

Mövsüm,

AzNews.az