Hörmüz boğazında Tayland gəmisinə naməlum mərmilər atılıb və nəticədə üç heyət üzvü itkin düşüb.
Taylandın Nəqliyyat Nazirliyi bu barədə məlumat yayıb.
Nazirlik bildirib ki, gəmini xilasetmə qayığında tərk etdikdən sonra 20 heyət üzvü xilas edilib və Oman donanması tərəfindən götürülüb. Bildirilib ki, gəminin arxa hissəsində baş verən partlayış nəticəsində itkin düşmüş üç heyət üzvünün işlədiyi mühərrik otağında yanğın baş verib.
Mövsüm,
AzNews.az