İranda müharibə tezliklə sona çatacaq - Tramp

11 Mart 2026 18:16 (UTC+04:00)

İranla müharibə tezliklə bitəcək.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Axios”a müsahibəsində deyib.

Tramp müharibənin özünün istədiyi vaxt bitəcəyini bildirib.

ABŞ Prezidenti qeyd edib ki, İranda “faktiki olaraq hədəf alınacaq bir şey qalmayıb”.

“Bu müharibə əla gedir. Biz cədvəlin lap qabağındayıq”, - Tramp qeyd edib.

O, endirilən zərbələrin İrana gözləniləndən daha çox ziyan vurduğunu iddia edib.

AzNews.az