Tramp məmnundur: Müharibə çox yaxşı gedir!

11 Mart 2026 23:15 (UTC+04:00)

ABŞ prezidenti Donald Trump Amerika mediasına verdiyi açıqlamada bildirib ki, İranla müharibə onun istədiyi vaxt bitə bilər və İranda hədəf alınacaq demək olar ki, heç nə qalmayıb.

DHA-nın yaydığı xəbərə görə, Trump belə deyib: “İranla müharibə tezliklə sona çatacaq. Müharibə çox yaxşı gedir. Biz vaxt cədvəlindən xeyli irəlidəyik. Hətta əvvəl planlaşdırdığımız altı həftəlik müddətdə belə mümkün olacağını düşündüyümüzdən daha çox zərər vermişik.”

ABŞ prezidenti daha sonra jurnalistlərin suallarını cavablandırarkən deyib: “Məncə, neft şirkətləri Hörmüz boğazından istifadə etməlidirlər. Onların mina daşıyan gəmilərinin demək olar ki, hamısını məhv etmişik.”

İranın Hörmüz boğazına mina yerləşdirməsi ehtimalına toxunan Trump belə deyib: “Biz bunun baş verəcəyini düşünmürük.”

İran lideri Müctəba Xameneinin hakimiyyətdə qalacağı halda qələbə elan edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq isə Trump bildirib: “Bu barədə şərh vermək istəmirəm.”

AzNews.az