Kim Çen In ölkənin aparıcı müdafiə müəssisəsini ziyarət etdi

12 Mart 2026 09:44 (UTC+04:00)

Şimali Koreya lideri Kim Çen In ölkənin əsas müdafiə zavodlarından birini ziyarət edərək yeni tapançanın istehsal prosesini yoxlayıb.

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi ( KCNA ) məlumat yayıb.

Nəşrdə deyilir ki, "Kim Çen In, Partiyanın Mərkəzi Hərbi Komissiyası tərəfindən təsdiq edilmiş dizayn layihəsinə uyğun olaraq yeni tapança istehsalına başlayan müəssisənin vəziyyətini yoxlayıb".

Kim Çen In yeni silahın taktiki və texniki xüsusiyyətlərini şəxsən sınaqdan keçirmək qərarına gəlib və bunun müəssisənin atış poliqonuna gedib.

Mövsüm,

AzNews.az