İranlı rəsmi: Hörmüz boğazı ilə eyni aqibəti daha bir mühüm boğaz yaşayacaq

12 Mart 2026 10:24 (UTC+04:00)

ABŞ-ın İrana qarşı hücumlarının davam etməsi halında regional müharibənin yeni mərhələyə keçə biləcəyi bildirilib.

Qətər mətbuatına danışan iranlı hərbi rəsmi qeyd edib ki, ABŞ hücumlarını davam etdirərsə, Yaxın Şərqdə gərginlik daha da artacaq.

“Regional müharibə tezliklə yeni mərhələyə daxil olacaq”, — deyən rəsmi ABŞ-ın belə bir addımının ciddi strateji səhv olacağını vurğulayıb.

“Əvvəldən dediyimiz kimi, ABŞ belə bir strateji səhv edərsə, vəziyyət daha da mürəkkəbləşəcək. Yaxın zamanda başqa bir mühüm boğaz da Hörmüz boğazının yaşadıqlarının eynisini yaşayacaq”, — deyə o bildirib.

“Hələ istifadə etmədiyimiz çox kartımız var”

İranlı rəsmi əlavə edib ki, Tehran hələ bütün imkanlarından istifadə etməyib.

“İranın təhlükəsizlik və müdafiə planları mərhələli şəkildə həyata keçirilir və bizim hələ oynayacağımız çoxlu kartımız var”, — deyə o qeyd edib.

Mövsüm,

AzNews.az