Dövlət başçısı: Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

12 Mart 2026 10:18 (UTC+04:00)

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub.

Aznews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.

“İndi hər zamankından daha aydın görünür ki, təhlükəsizlik, sabitlik və təhlükəsiz yaşayış məsələləri istənilən ölkənin gündəliyində birinci yerdə olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. İnkişaf üçün illərlə, hətta onilliklərlə investisiya qoymuş ölkələr indi risklərlə üz-üzədir. Buna görə də təhlükəsizlik və sabitlik səylərimizi birləşdirməli olduğumuz əsas amil olmalıdır. Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. Çünki işğal dövründə dəfələrlə qeyd etdiyim kimi, bizim üçün sülhün təmin olunması və suverenliyimizin bərpası gündəliyimizin əsas məsələsi idi”, - dövlət başçısı vurğulayıb.