Neft bazarları qlobal xarakter daşıyır, buna görə də böyük miqyaslı pozuntulara cavab da qlobal olmalıdır.
Aznews.az ın Beynəlxalq Enerji Agentliyinə (IEA) istinadən verdiyi məlumata görə, bunu Agentliyin icraçı direktoru Fatih Birol deyib.
Onun sözlərinə görə, hazırda neft bazarı miqyasına görə misli görünməmiş problemlərlə qarşılaşır.
“Bu gün neft bazarının qarşılaşdığı problemlər miqyasına görə misli görünməmişdir, buna görə də Beynəlxalq Enerji Agentliyinin üzv ölkələrinin misli görünməmiş həcmdə fövqəladə kollektiv tədbir görməsinə çox şadam.
Neft bazarları qlobal xarakter daşıyır, buna görə də iri miqyaslı pozuntulara cavab da qlobal olmalıdır. Enerji təhlükəsizliyi IEA-nın əsas mandatıdır və üzv ölkələrin qətiyyətli şəkildə birlikdə addım ataraq güclü həmrəylik nümayiş etdirməsindən məmnunam”, - Fatif Birol vurğulayıb.