Rusiya Azərbaycan vasitəsilə İrana 13 tondan çox dərman göndərəcək.
Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bu barədə məlumat yayıb.
"Dərman məhsullarının sonradan İran İslam Respublikası hökumətinin səlahiyyətli nümayəndələrinə ötürülməsi üçün Azərbaycan Respublikasına çatdırılması təşkil edilib", - deyə açıqlamada bildirilir.
Müvafiq sərəncamın Rusiya Prezidenti Vladimir Putin tərəfindən verildiyi və Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov tərəfindən icrası əmr edildiyi bildirilib.
Mövsüm,
AzNews.az