MN: İncirlik Türkiyə bazasıdır, Amerika əsgərlərinin mövcudluğu...

12 Mart 2026 13:27 (UTC+04:00)

İncirlik Türkiyə bazasıdır.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Amerika əsgərlərinin mövcudluğu onun ABŞ bazası olması demək deyil.

10-cu Hava Komandanlığı Adana əyalətinin İncirlik şəhərində yerləşir. Burada F-16 qırıcı təyyarələrimiz, tanker donanmamız və pilotsuz uçuş aparatlarımız yerləşir. Bütün obyektlər Türkiyəyə məxsusdur”, - Türkiyə MN-dən bildirilib.