İran kəşfiyyat nazirinin müavini Tehrana endirilən zərbələr nəticəsində həlak olub

12 Mart 2026 14:17 (UTC+04:00)

İranın kəşfiyyat nazirinin müavini Əkbər Qəffari ABŞ və İsrailin Tehrana birgə hücumları nəticəsində öldürülüb.

Bu barədə İranın ILNA agentliyi məlumat yayıb.

Məlumata görə, Əkbər Qəffari əvvəllər Şərqi Azərbaycan əyalətinin siyasi-təhlükəsizlik üzrə qubernator müavini vəzifəsində çalışıb.

Onun dəfn mərasimi Təbriz şəhərində keçirilib.

Mövsüm,

AzNews.az