Dünyanı qarışdıran məktubun məzmunu açıqlandı

19 Sentyabr 2013 08:04 (UTC+04:00)
ABŞ prezidenti Barak Obamanın iranlı həmkarı Həsən Ruhaniyə yazdığı məktubun məğzi açıqlanıb.


APA-nın "Radiofərda"ya istinadən verdiyi məlumata görə, Ağ Evin sözçüsü Cey Karni jurnalistlərə açıqlamasında bildirib ki, məktubda ABŞ-ın İranla nüvə mübahisəsinə son qoymağa hazır olduğu qeyd edilib: "Ancaq bir şərtlə ki, İran nüvə silahına yiyələnmək niyyətində deyil və bunu sübut etməlidir".

Onun sözlərinə görə, məktubda həmçinin ABŞ-ın İranın nüvə məsələsini həll etməyə hazır olduğu və bunun üçün rəsmi Tehran öz nüvə proqramının sülh məqsədli olduğunu isbatlamalıdır".

Eyni zamanda C. Karni deyib ki, məktub İrana bir mesajdır: "Ona görə də rəsmi Tehran nüvə proqramı ilə bağlı məsələlərə cavab verməlidir. Çünki həmin vaxt İranın nüvə məsələsinin diplomatik yolla həlli üçün qapı açılır. Lakin bu qapı həmişə açıq qalmayacaq".

AzNews.az