Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, onun sərəncamı ilə qondarma “erməni soyqırımı muzeyi”nin direktoru Edita Qzoyan istefa verib.
APA xəbər verir ki, o, bu gün bu barədə brifinqdə jurnalistin Qzoyanın ABŞ vitse-prezidentinə qondarma “Artsax” haqqında kitab hədiyyə etməsi və “Artsax” barədə danışması ilə bağlı suala cavabında deyib.
Baş nazir vurğulayıb ki, Ermənistanda xarici siyasət hökumət tərəfindən aparılır: “Baş nazir Qarabağ hərəkatının olmadığını bəyan edirsə, əcnəbi qonağa “Artsax məsələsi” ilə bağlı kitab vermək nə deməkdir? Bu ölkədə neçə nəfər xarici siyasət apara bilər? Ermənistanda xarici siyasət Ermənistan Respublikası hökuməti tərəfindən aparılır və hökumətin apardığı xarici siyasətə zidd bir şey söyləyən məmur işdən azad edilməlidir. Bu dövlətdir, yoxsa həvəskar fəaliyyət klubudur?”
AzNews.az