Füzulidə atlı minaya düşüb

12 Mart 2026 21:01 (UTC+04:00)

Füzulidə mina hadisəsi baş verib - atla minaya düşən çoban həyatını itirib.

Hadisə rayonun işğaldan azad edilmiş Aşağı Veysəlli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini 1968-ci il təvəllüdlü Hacıyev Ramil Maşallah oğlu mina hadisəsi nəticəsində həyatını itirib.

Hadisə yerinə cəlb edilmiş ANAMA mütəxəssisləri mərhumun meyitini götürərək aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az