ABŞ-ın West Bloomfield şəhərində yerləşən Temple Israel sinaqoqunda silahlı insident baş verib.
AzNews.az xəbər verir ki, sinaqoqda “aktiv atıcı olması” ilə bağlı xəbərdarlıq edilib, əraziyə çoxsaylı polis və təcili yardım briqadaları göndərilib.
Rəsmi instansiyalar sosial şəbəkədə yaydığı məlumatda bildirib ki, müxtəlif qurumlar hadisə yerinə cəlb olunub və bina təhlükəsizlik qüvvələri tərəfindən yoxlanılır.
Şerif Mikael Bouchard bildirib ki, ilkin məlumata görə, silahlı şəxs sinaqoqa yaxınlaşıb və təhlükəsizlik əməkdaşları onu görərək atəş açıblar.
Onun sözlərinə görə, hazırda ərazidə aktiv təhlükə əlaməti müşahidə olunmur:
“Hadisə yerində lazımi bütün qüvvələr var – tibb briqadaları və taktiki bölmələr də daxil olmaqla.”
Rəsmilər hücumda birdən çox şəxsin iştirak edib-etmədiyini araşdırır.
Hadisədən sonra polisi sakinləri əraziyə yaxınlaşmamağa çağırıb. Eyni zamanda bölgədəki digər ibadət yerlərində də təhlükəsizlik tədbirləri gücləndirilib.
Yəhudu Federasiyası isə, bölgədəki bütün yəhudi təşkilatlarına ictimai binalara giriş-çıxışı müvəqqəti dayandırmağı tövsiyə edib.
Məlumata görə, sinaqoqda uşaq bağçası da fəaliyyət göstərir. Hadisə zamanı dərslərin davam etdiyi ehtimal olunur.
Hadisə yerindən yayılan görüntülərdə binanın müxtəlif hissələrindən tüstü qalxdığı və insanların çıxış qapılarından qaçaraq uzaqlaşdığı görünür.
Hələlik yaralanan və ya ölənlərlə bağlı rəsmi məlumat açıqlanmayıb.
Hadisəyə həmçinin FBİ əməkdaşlarının da cəlb olunduğu bildirilib.
AzNews.az