İlhamə Quliyevaya sürpriz - Foto

19 Sentyabr 2013 08:07 (UTC+04:00)
Ötən gün müğənni Zamiq Hüseynovun "Yaşıl Teatr"da baş tutan konsertində Röya həm tamaşaçılar, həm də qonaq qismində qatılan xalq artisti İlhamə Quliyevaya sürpriz edib.

Axşam.az-ın məlumatına görə, sənətçi səhnədə mahnısını ifa etdikdən sonra müğənnini salamlayıb.

Ardından isə "Azərbaycanın xalq artisti, "Şöhrət" ordenli, primaddonamız İlhamə Quliyeva" deyərək ona hədiyyə gətirdiyini bildirib.

Röya xalq artisti üçün aldığı brilyant üzüyü Zamiqin onun barmağına taxmasını istəyib.

AzNews.az