Azərbaycanda İİV-lə yaşayan şəxslərin rəsmi sayı açıqlandı

13 Mart 2026 12:39 (UTC+04:00)

Azərbaycanda 11,9 min İİV-lə yaşayan şəxs Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyatdadır.

Aznews.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Bildirilib ki, onlardan 1,3 min nəfər il ərzində yeni qeydiyyata alınıb, 11,2 min İİV-lə yaşayan şəxs antiretrovirus terapiyaya cəlb olunub.