İranda 60-dən artıq ölkənin 3400-dən çox vətəndaşının təxliyəsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət olunub.
Aznews.az xəbər verir ki, bunu XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, 395 Azərbaycan vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.
Ayxan Hacızadə qeyd edib ki, İranda və İsraildə olan Azərbaycan vətəndaşlarının hərbi əməliyyatlar nəticəsində xəsarət alması barədə məlumat yoxdur.