ABŞ 4 hərbçisinin həlak olduğunu açıqladı

13 Mart 2026 14:48 (UTC+04:00)

​ABŞ və İsrailin İrana qarşı başlatdığı hücumlar çərçivəsində Yaxın Şərqdəki hava əməliyyatları intensivləşir.

​Fevralın 28-də başlayan hücumlarda dini lider Ayətullah Əli Xameneyi, ailə üzvləri və ölkənin çoxsaylı yüksək rütbəli rəsmiləri həyatını itirib. İran isə buna cavab olaraq İsraili və bölgə ölkələrindəki ABŞ bazalarını hədəf alan əks-hücumlar başladıb.

​ABŞ-ın yanacaqdolduran təyyarəsi yoxa çıxıb

​Müharibənin 14-cü günündə İsrail və ABŞ-ın hücumları davam edərkən, 12 mart tarixində ABŞ-a məxsus KC-135 tipli yanacaqdolduran təyyarə radarlardan itib. Hadisədən dərhal sonra İraqda "İslami Müqavimət" kimi tanınan bəzi silahlı qruplar təyyarəni vurduqlarını iddia ediblər.

6 nəfərlik heyətin olduğu məlum olub

​ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) həmin gün verdiyi açıqlamada bir "KC-135 Stratotanker" yanacaqdolduran təyyarəsinin İraqın qərbində qəzaya uğradığını təsdiqləyib. CENTCOM-un məlumatına görə, qəzaya uğrayan təyyarədə ümumilikdə 6 heyət üzvü olub.

ABŞ 4 hərbçisinin öldüyünü açıqladı

​Açıqlamada qeyd olunur ki, qəzadan sonra aparılan ilkin araşdırmalara görə, heyət üzvlərindən 4-ü həyatını itirib, 2 nəfər isə sağ xilas edilib. Rəsmi şəxslər hadisə ilə bağlı ətraflı təhqiqatın davam etdiyini bildiriblər.

Hərbçilərin kimliyi açıqlanmayıb

​İlkin qiymətləndirmələrə görə, təyyarənin düşməsinin düşmən atəşi və ya "dost atəşi" (təsadüfi atəş) nəticəsində baş vermədiyi ifadə edilib. Həlak olan hərbçilərin kimliyi hələlik ictimaiyyətə açıqlanmayıb.

Mövsüm,

AzNews.az