Fransa Prezidenti Emmanuel Makron, İraq Kürd Regional rəhbərliyinin (IKRR) paytaxtı Ərbildəki hərbi bazaya edilən hücum nəticəsində bir fransız hərbçisinin həlak olmasından sonra ilk dəfə açıqlama verib.
"Qəbulolunmazdır"
Emmanuel Makron sosial media hesabından etdiyi paylaşımda hücumda bir fransız hərbçisinin öldüyünü təsdiqləyib:
"Baş gizir Arno Frion Ərbildəki hücum zamanı Fransa naminə həyatını itirdi. Bir neçə hərbçimiz isə yaralanıb. Fransa onların və ailələrinin yanındadır. 2015-ci ildən bəri İŞİD-ə qarşı mübarizə aparan qüvvələrimizə qarşı bu hücum qəbulolunmazdır. Onların İraqdakı varlığı tamamilə terrorla mübarizə çərçivəsindədir. İrandakı müharibə bu növ hücumlara bəraət qazandıra bilməz".
Həmçinin bildirək ki, fransız hərbçiləri terror təşkilatı İŞİD-ə qarşı yaradılmış beynəlxalq koalisiyanın tərkib hissəsi olaraq 2015-ci ildən bəri bölgədə fəaliyyət göstərirlər.
Mövsüm,
AzNews.az