İsrail İran və Livana qarşı hücumlarını davam etdirir...
Bu proses zamanı Livan ən böyük dağıntılara məruz qalan ölkələrdən birinə çevrilib.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş şiddətli hücumlara məruz qalan Livana səfər edib.
Livana səfəri zamanı Quterreş ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında verdiyi açıqlamada Livan xalqı ilə həmrəylik göstərmək üçün Beyruta gəldiyini bildirib.
Quterreş açıqlamasında Livan xalqına müraciət edərək deyib: " Onlar bu müharibəni seçməyiblər; onlar ora sürükləniblər".
Baş katib bildirib ki, BMT və şəxsən o, "Livanın və regionun layiq olduğu dinc gələcək üçün səylərini əsirgəməyəcək ".
Mövsüm,
AzNews.az