İranın Hava Hücumundan Müdafiəsi yoxdur, İranın Hərbi Hava Qüvvələri yoxdur və İranın Hərbi Dəniz Qüvvələri yoxdur.
Aznews.az xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında bildirib.
Heqset qeyd edib ki, İranın bütün əhəmiyyətli hərbi imkanlarını əvvəllər misli görünməmiş sürətlə məhv etməyi və sıradan çıxarmağı planlaşdırırlar.
“Tezliklə, çox tezliklə İranın bütün müdafiə müəssisələri məhv ediləcək”, - nazir əlavə edib.