Azərbaycan-Çin əlaqələri müzakirə edilib

14 Mart 2026 12:51 (UTC+04:00)

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 2019–2025-ci illərdə Çin hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi olan Vu Honqbo ilə görüşüb.

Aznews.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” hesabında yazıb.

Görüşdə Çinin Azərbaycandakı səfiri Lu Mey də iştirak edib.

Tərəflər görüş zamanı Azərbaycan və Çin arasında hərtərəfli strateji əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar, əsas regional məsələlər müzakirə edilib.