“Gülər Əhmədova ilə problemlərimiz yarandı” - VƏKİL

19 Sentyabr 2013 08:47 (UTC+04:00)
"Mətbuatın yazdıqları ucbatından mənim Gülər Əhmədova ilə problemlərim yarandı".

Bunu AzNews.az-a açıqlamasında hazırda həbsdə olan sabiq deputat G.Əhmədovanın vəkili Raqif Mustafayev bildirib. R.Mustafayev sabiq deputatın onunla əməkdaşlığa son qoyması ilə bağlı yayılan məlumatlara bundan artıq şərh vermək istəməyib: "Yazılanlar ucbatından Gülər Əhmədova ilə problemlərim yarandı. Əgər nəsə suallarınız varsa, Gülər xanımın digər vəkili Əfsər Talıbova verin. Mən bundan sonra mətbuata heç bir açıqlama verməyəcəyəm".

G.Əhmədovanın digər vəkili Ə.Talıbov isə telefon zənglərinə ümumiyyətlə, cavab verməyib.

Qeyd edək ki, G.Əhmədovanını vəkilləri ilə problemi yarandığı barədə məlumatı bir müddət əvvəl AzNews.az yaymışdı. Sabiq deputat mətbuata açıqlama veriləcəyi təqdirdə vəkillərlə müqaviləyə son veriləcəyini bildirmişdi.

Elnur
AzNews.az