Şahmat üzrə Bakı Open turniri başlayır

19 Sentyabr 2013 09:03 (UTC+04:00)
Sentyabrın 19-da Beynəlxalq "Baku Open 2013" şahmat festivalı start götürəcək. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, festival Azərbaycanın müstəqillik gününə həsr olunub.

Festival 2 kateqoriya üzrə – güclülər və əmsalı 2250-dən aşağı olan şahmatçılar arasında baş tutacaq. 18 ölkədən 224 şahmatçının, o cümlədən, 33 beynəlxalq qrossmeyster, 28 beynəlxalq usta və 9 FİDE ustasının qatılacağı turnirin ümumi mükafat fondu 50000 dollardır.
Qeyd edək ki, sentyabrın 27-dək davam edəcək görüşlər İsveçrə sistemi üzrə keçiriləcək. (idmantv.az)