İranın Silahlı Qüvvələrinin Baş Qərargahının xüsusi müfəttişi Əbülqasim Babayan ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Aznews.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) açıqlamasında bildirilir.
"General Əbülqasim Babayan İsrail və ABŞ-nin hücumları nəticəsində öldürülüb. Ailəsinə və yaxınlarına başsağlığı veririk", - hərbçilər onun ölüm yerini və vaxtını göstərmədən bildiriblər.
Qeyd edək ki, Babayan öldürülərkən Ali Liderin Hərbi Dəftərxananın rəhbəri vəzifəsində çalışıb. O, qurumun əvvəlki rəhbəri Məhəmməd Şirazinin ölümündən sonra bu vəzifəni tutmuşdu.
AzNews.az