İsrailin Baş naziri Binyamin Netanyahu Kiyevə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün müraciət göndərib.
Aznews.az xəbər verir ki, bu barədə "Ynet" portalı xəbər yayıb.
Qeyd olunur ki, bu, Ukraynanın İran istehsalı olan dronlara qarşı mübarizədə geniş təcrübəsi ilə bağlıdır. Görüşün məqsədi bu məsələdə İsrail-Ukrayna əməkdaşlığını qurmaqdır.
Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk belə bir müraciətin göndərildiyini təsdiqləyib. O, qeyd edib ki, sıx iş qrafikinə görə hələ telefon danışığı baş tutmayıb, lakin o, gələn həftənin əvvəlində bunun baş tutacağına ümid edib.