İsrailin Baş naziri Binyamin Netanyahu sosial mediada İranın qisas əməliyyatı zamanı öldürüldüyü iddialarına cavab olaraq X sosial media platformasında görüntülər yayımlayıb. .
Restoranda qəhvə içərkən çəkilmiş şəkillərini paylaşan Netanyahu öldüyü ilə bağlı iddialar səsləndirənləri ələ salıb.
İsrail Baş naziri süni intellekt vasitəsi ilə hazırlanan və guya "altı barmağı" olması barədə görüntülərə barmaqlarını göstərərək cavab verib.
Netanyahu İsrail xalqına çölə çıxmağı və təmiz hava almağı tövsiyə edib, eyni zamanda "qorunan ərazilərə" yaxın qalmalarının vacibliyini də söyləyib.
AzNews.az