İraqda daha bir partlayış: 3 ölü, 34 yaralı

19 Sentyabr 2013 09:38 (UTC+04:00)
İraqın Səlahəddin bölgəsinin Tuzhurmatu rayonunda ard-arda baş verən iki bomba partlayışından sonra 3 nəfər ölüb, 34 nəfər isə yaralanıb.
"Dha.com.tr" saytının verdiyi xəbərə görə bomba dünən axşam saatlarında yük qatarında işə salınıb. Partlayış zamanı 5 yaşlı bir qız uşağı və digər iki nəfər həlak olub.
Partlayışın gücündən dərin bir çuxur yaranıb ki, bu da 10 ev və 20 dən çox iş yeri yerlə yeksan edib.

Bahadur
AzNews.az