Pilotsuz təyyarə hücumu nəticəsində əmirliyin neft sənaye zonasında yanğın baş verdikdən sonra BƏƏ-nin Fujayra limanında neft yükləmə əməliyyatları dayandırılıb.
İki mənbənin Reuters agentliyinə verdiyi məlumatda bildirilib.
Fujayra hökumətinin media ofisinin verdiyi məlumata görə, mülki müdafiə qrupları yanğını nəzarət altına almaq üçün çalışır və heç bir itki qeydə alınmayıb.
Hörmüz boğazının kənarında, Oman körfəzində yerləşən Fujayra limanı, BƏƏ-nin Murban xam neftinin gündə təxminən 1 milyon barel ixracının əsas mənbəyidir.
Mövsüm,
AzNews.az