Almaniya: "NATO-nun Hörmüz boğazında rolu yoxdur"

16 Mart 2026 14:24 (UTC+04:00)

Almaniyanın xarici işlər naziri İohan Vadepul bazar ertəsi Brüsseldə verdiyi bəyanatda ölkəsinin Hörmüz boğazının blokadası məsələsində NATO müdafiə alyansı üçün hər hansı bir rol görmədiyini bildirib.

​"Mən NATO-nun bu istiqamətdə hər hansı qərar qəbul etdiyini və ya Hörmüz boğazı üçün məsuliyyəti öz üzərinə götürə biləcəyini görmürəm. Əgər belə bir hal olsaydı, o zaman NATO qurumları bu məsələni müvafiq qaydada nəzərdən keçirərdilər", — deyə Vadepul Avropa İttifaqı Xarici İşlər Şurasının iclasından əvvəl qeyd edib.

​ABŞ Prezidenti Donald Tramp boğazın qorunmasına kömək etmək üçün avropalı müttəfiqlərinə təzyiqləri artırıb və xəbərdarlıq edib ki, əgər üzv ölkələr Vaşinqtonun köməyinə gəlməsələr, NATO-nu "çox pis" gələcək gözləyir.

Mövsüm,

AzNews.az