Bu ölkələrin gəmiləri Hörmüz boğazından keçə bilib - Bəqayi

16 Mart 2026 14:40 (UTC+04:00)

Hörmüz boğazı bağlanmayıb.

Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi bu gün brifinqdə deyib.

O bildirib ki, İran ordusu boğazda gediş-gəlişə nəzarət edir.

Bəqayi qeyd edib ki, İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyən ölkələrin gəmiləri koordinasiyalı şəkildə və İran silahlı qüvvələrinin icazəsi ilə Hörmüz boğazından keçə bilib.

İran XİN sözçüsü nüvə danışıqlarına da toxunub. Onun sözlərinə görə, İran heç vaxt ABŞ-a güvənməyib və müzakirələr etimadsızlıq şəraitində aparılıb.

Bəqayi əlavə edib ki, ABŞ-ın keçmiş danışıqlar təcrübəsini nəzərə alaraq müzakirə prosesinə daxil olublar: “Eyni zamanda, biz onların İran üçün “diplomatiyaya hazır olmayan tərəf” imicini yaratmaq planlarını da neytrallaşdırmalı idik.

Bizim başqa çarəmiz yox idi, biz öz xalqımıza, regionun insanlarına və dünya ictimaiyyətinə göstərməli idik ki, bu vəziyyətin yaranmasında günahkar İran deyil. Baş verənlərin günahı tamamilə Amerikanın üzərinə düşür”.

Aznews.az