Ermənistan mətbuatı Azərbaycan silahlarından yazdı

19 Sentyabr 2013 09:59 (UTC+04:00)
Rusiyalı politoloq Aleksandr Xramçik Azərbaycan tərəfindən Rusiyaya 2C31 Vena topçu sistemlərinin sifariş verilməsi məsələsinə münasibət bildirib. Ermənistanın "Nyus.am" ("NEWS.am") saytına açıqlama verən rus mütəxəssis, "Azərbaycan Qarabağı geri qaytarmaq üçün hər cür silah əldə edir", - deyib.
Azərbaycanın Dağlı Qarabağı geri qaytarmaqdan başqa heç bir niyyətinin olmadığını bildirəm A.Xramçik qeyd edib ki, buna görə rəsmi Bakı ən müxtəlif silahların alınmasına çalışır.
"Nyus.am"ın xəbərində Azərbaycanın sifarişiylə Rusiyanın "Kurqanmaşzavod" zavodunda artıq 2C31 "Vena" avtomatik topçu sistemlərinin istehsalına başlanıldığı da qeyd edilir.

Xəbər "Axar.az"dan gəlir