Nazir müavininin 2 milyonluq fırıldağı

19 Sentyabr 2013 10:03 (UTC+04:00)
Dağıstanın təhsil nazirinin müavini İdris Musayev fırıldaqçılıqda ittiham edilir. Rusiya DİN-in məlumatına görə, nazir müavini pedaqoji kadrların ixtisasartırması üçün büdcədən ayrılan vəsaitin 2 milyonunu mənimsəməkdə şübhəli bilinir. 2007-ci ildən İ.Musayev həm də Dağıstan Pedaqoji Kadrların İxtisasartırma İnstitutunun rektorudur. İstintaq materiallarına görə, nazir müavini mənimsədiyi vəsaitin institutun pedaqoji heyətinə mükafat verilməsinə sərf edilməsi kimi sənədləşdirib. Nazir müavini ilə yanaşı institutun hesabdarı da saxlanılıb.

Elnur
AzNews.az