ABŞ Prezidenti Donald Trump sosial şəbəkədə etdiyi paylaşımda Venesuelanın beysbol yarımfinalında İtaliyanı 4:2 hesabı ilə məğlub etdiyini xatırladaraq maraqlı açıqlama verib.
Bu qələbə Venesuelaya turnirin finalına yüksəlmək imkanı qazandırıb.
Tramp paylaşımında yazıb:
“Son vaxtlar Venesuelada yaxşı şeylər baş verir. Bu ‘sehrin’ nə ilə bağlı olduğunu maraq edirəm. ABŞ-ın 51-ci ştatı olmaq istəyən varmı?”
Bu sözlərlə o, Venesuelanın ABŞ-ın “51-ci ştatı” ola biləcəyinə eyham vurub.
Qeyd edək ki, Venesuela rəhbərliyi daha əvvəl də Vaşinqtonun belə niyyətlərinin olduğunu iddia etmişdi. 2025-ci ilin noyabrında ölkənin vitse-prezidenti Delsi Rodriqez ABŞ-ın Venesuelanı “51-ci ştat” etmək istədiyini bildirmişdi
Tramp bundan əvvəl də oxşar açıqlamalar verərək Kanadanın ABŞ-ın 51-ci ştatı olması barədə fikirlər səsləndirmişdi.
Mövsüm,
AzNews.az