İsrail Müdafiə Qüvvələri (IDF) İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyünü rəsmən elan edib.
IDF-in açıqlamasında deyilir ki, İsrail Hərbi Hava Qüvvələri kəşfiyyat məlumatları əsasında və unikal əməliyyat bacarıqlarının istifadə edərək İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Tehran yaxınlığında olarkən dəqiq zərbə endirib.
Əli Laricaninin “İran rejiminin rəhbərliyində ən təcrübəli və yüksək rütbəli şəxslərdən biri hesab olunduğu” bildirilib.
Qeyd edilib ki, Laricani İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin yaxın tərəfdaşı olub.
Açıqlamada o da qeyd edilib ki, Xameneinin öldürülməsindən sonra Laricani öz mövqeyini İran rejiminin de-fakto lideri kimi möhkəmləndirib və İsrail Dövlətinə, eləcə də region ölkələrinə qarşı hücumlara rəhbərlik edib.
IDF bildirir ki, Laricani rolunun bir hissəsi olaraq, rejimin milli təhlükəsizlik fəaliyyətinin koordinasiyasına rəhbərlik edib və rejimin “Müqavimət oxu”nun üzvləri ilə əlaqələri də daxil olmaqla onun beynəlxalq fəaliyyətini istiqamətləndirib: “Laricani İran rejiminə qarşı keçirilən son etiraz aksiyalarının zorakılıqla yatırılmasına və şəxsən iranlı etirazçılara qarşı aparılan qırğına nəzarət edib”.
Aznews.az