Avropa ilə Rusiya arasında gərginlik davam etdiyi bir vaxtda Avropa Birliyi (AB) Şurasının sədri Antonio Kosta diqqətəlayiq bir açıqlama verib.
Belçikanın rəsmi xəbər agentliyi olan Belga-nın məlumatına görə, Kosta qeyd edib ki, əsas gündəm "Avropa təhlükəsizliyi və Ukraynada sülhə nail olmaq" olaraq qalmalıdır.
Kosta Rusiyaya qarşı iqtisadi təzyiqin davam etdirilməsinin vacibliyini vurğulayıb, eyni zamanda Ukraynaya lazımi dəstəyin verilməsinin vacibliyini qeyd edib.
Kosta bildirib ki, Aİ Rusiyadan enerji asılılığına son qoymağa çalışır və qiymət danışıqlarında iştirak etmir. O əlavə edib ki, Rusiya ilə gələcək dialoqa hazırlaşmaq lazım olsa da, indi uyğun vaxt deyil.
Macarıstanın Ukraynaya vəsait ayırmasını əngəlləməsinə gəlincə, Kosta üzv dövlətlərin hədə-qorxu cəhdlərini pisləyib.
Belçikanın Baş naziri Bart De Vever Avropanın Rusiya ilə münasibətləri normallaşdırmalı və ucuz enerjiyə çıxışı bərpa etməli olduğunu bildirib və əlavə edib ki, bu fikri bölüşən digər liderlər bunu açıq şəkildə ifadə etməyə cəsarət etmirlər.
Mövsüm,
AzNews.az