Stubb: NATO ölkələrinin Hörmüz boğazı ilə bağlı qərarı məsləhətləşmələrin olmaması ilə bağlıdır

17 Mart 2026 16:54 (UTC+04:00)

NATO üzvlərinin ABŞ prezidenti Donald Trampın Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı çağırışına dərhal cavab verməməsinin səbəbi əvvəlcədən müttəfiqlərlə məsləhətləşmələrin aparılmamasıdır.

Finlandiya Prezidenti Aleksandr Stubb bu barədə bildirib.

Onun sözlərinə görə, tərəfdaş ölkələr əvvəlcədən məlumatlandırılmadıqda və planlaşdırılan addımlar barədə xəbərdar edilmədikdə, onların mövqeyi fərqli olur.

Stubb həmçinin qeyd edib ki, Finlandiyanın bu regionda hərbi əməliyyatda iştirak etmək üçün kifayət qədər resursu yoxdur. Onun sözlərinə görə, ölkənin Hörmüz boğazına göndərilə biləcək uyğun hərbi texnikası mövcud deyil.

Finlandiya prezidentinin sözlərinə görə, ölkəsinin NATO çərçivəsində əsas vəzifəsi Avropanın şimal-şərq hissəsində təhlükəsizliyin təmin edilməsidir.

Mövsüm,

AzNews.az