Netanyahu: İsrail xalqa İran rejimini devirmək şansı vermək üçün onu zəiflədir

17 Mart 2026 17:54 (UTC+04:00)

İsrail İran xalqına rejimi devirmək üçün İranın liderliyini zəiflətməyə çalışır.

İsrailin Baş naziri Benyamin Netanyahu bu barədə bildirib.

Netanyahu deyib: "Biz İran xalqına onu devirmək üçün fürsət vermək ümidi ilə bu rejimi zəiflədirik".

O, İsrailin İranın yüksək rütbəli təhlükəsizlik rəsmisi Əli Laricanini və Bəsic hərbi qüvvələrinin komandirini öldürdüyünü və onları “Tehran və digər şəhərlərin küçələrində insanlara qarşı terror yaradan” şəxslər kimi təsvir etdiyini bildirib.

Mövsüm,

AzNews.az